• $
  • €
  • ₽
  • ₺
  • £

"Fransada təhlükəsizlik təmin olunmasa..." – Prosineçki

"Fransada təhlükəsizlik təmin olunmasa..." – Prosineçki
17.11.2015 19:41
Milli komandamızın baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına müsahibə verib.

Qol.Az-ın məlumatına görə, bir neçə gün əvvəl Parisdə baş verən terrorla bağlı danışan xorvatiyalı mütəxəssis digər sualları da cavablandırıb

Müsahibəni ixtisarla təqdim edirik

- Paris hadisələri ilə bağlı şəkilləri görəndə nə düşünürsünüz?

- Mən Nyu-Yorkdakı göydələnlər partladılanda da şoka düşmüşdüm. Bu hadisə də mənə pis təsir etdi. Dünyada təhlükəsizliyi təmin etmək çətinləşib. Mənim qızlarım Parisdən şəkilləri görəndə çox məyus oldular. Mən də gələcəyimizdən narahatam.

- Siz müharibəni nəzərdə tutursunuz?

- Heç kim müharibədən sığortalanmayıb. Müharibə çox təhlükəli və dəhşətlidir. Ancaq düşünürəm ki, bu, baş verməyəcək.

- Gələn il Fransada Avropa çempionatı  keçiriləcək. Artıq bir çoxları terror hadisəsinin yenidən təkrarlanacağından narahatdır.

- Bəli, təhlükəsizliyə zəmanət vermək çox çətindir. Əgər final mərhələsində təhlükəsizlik bərpa edilməyəcəksə, futbol barədə düşünməyə dəyməz. Ancaq buna hələ çox var.

- Rəhbərlik etdiyiniz Azərbaycan millisi Moldova ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Siz artıq Rusiyada keçiriləcək dünya çempionatını düşünürsünüz?

- Ağır qrupa düşmüşük. Çexiya son vaxtlar yaxşı oyun nümayiş etdirir. Almaniyanın gücü hər kəsə bəllidir. Digər rəqiblər də güclüdür. Ancaq mənim məqsədim odur ki, heç bir komanda Bakıdan asanlıqla xal aparmasın. Bundan başqa yaxşı oyun nümayiş etdirmək istəyirik. Düzdür, son ev oyunumzda İtaliya millisinə uduzuduq, ancaq  komandamız inamlı təsir bağışladı.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol