Ermin Zets Türkiyə klubundan 1 milyon 800 min avro istəyir

"Qəbələ" futbolçusu Ermin Zets sabiq klubu "Balıkesirspor"un ona olan borcunu ödənilməsini tələb edir.
Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən yaydığı xəbərə görə, bu barədə Türkiyə klubunun nümayəndəsi Şahkan Saltık məlumat verib. O deyib ki, E.Zets borclarının qarşılığında klubdan 1 milyon 800 min avro tələb edir.
Ş.Saltık 27 yaşlı hücumçunun borcunun ödənməsi üçün FİFA-ya müraciət etdiyini deyib.
Qeyd edək ki, E.Zets bu yay "Balıkesirspor"dan "Qəbələ"yə transfer olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























