"Azərbaycanda məni hər şey qane edir"

Gürcüstan milli komandasının sabiq futbolçusu, hazırda AZAL klubunun yarımmüdafiəçisi Sandro Quruli Ukraynanın "Sport.ua" nəşrinə müsahibə verib.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, o, müsahibəsi zamanı Azərbaycanda hər şeydən razı olduğunu bildirib:
"Aydın məsələdir ki, hamı "Real" və ya "Barselona"da oynamaq istəyir. Lakin buna layiq olmaq lazımdır. Mən layiq olmadım. Amma mən bugünkü vəziyyətimdən razıyam. Allaha şükürlər olsun ki, mən futbol oynayıram və bundan zövq alıram. Mən yaxşı formadayam. Məşqçi və klub rəhbərliyi mənə etimad göstərir. Azərbaycanda məni hər şey qane edir. Ümid edirəm ki, bundan sonra da yaxşı olacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























