UEFA-dan "Dinamo"nun kapitanına ağır cəza

Zaqreb "Dinamo”sunun kapitanı Ariyen Ademi UEFA tərəfindən ağır cəzalandırılıb.
Qol.Az-ın məlumatına görə, Makedoniya əsilli futbolçu dopinqdən istifadə etdiyi üçün 4 il futboldan uzaq qalmalı olacaq.
Çempionlar Liqasında "Arsenal”la oyundan sonra test verən 24 yaşlı yarımmüdafiəçinin qanında dopinq aşkarlanıb.
Klub rəsmi saytı vasitəsilə UEFA-nın qərarına etiraz edib: "Şokdayıq. Ancaq Ademə görə sona qədər mübarizə aparcağıq. Klubumuz ona kömək etmək üçün hər şey edəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























