"Qarabağ" - "Tottenhem": biletlər satışa çıxarıldı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının biletləri bu gün satışa çıxarılıb.
Qol.Az-ın məlumatına görə, azarkeşlər biletləri qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından ala bilərlər.
Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1,2,5,10 AZN üzrə dəyişir. VİP sektorun qiyməti 50 AZN-dir.
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" oyunu noyabrın 26-ı saat 22:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























