• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan tarixində ilk dəfə: qadın idmançımızın möhtəşəm uğuru

Azərbaycan tarixində ilk dəfə: qadın idmançımızın möhtəşəm uğuru
24.11.2015 10:32

Boyanka Kostova bu uğura Avropa və dünya rekordları ilə imza atıb

ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, 22 yaşlı idmançı ölkə tarixində bu növ üzrə ilk dəfə planetin ən güclüsü olub.

Birdən qaldırma hərəkətində Kostova ilk yanaşmasında 109 kq sifariş verib. Bu, onun özünə məxsus olan Avropa rekordunun təkrarı demək idi. Gənc atlet bu çəkinin öhdəsindən ikinci yanaşmasında gəlib. Üçüncü cəhdində isə o, 112 kq-ı başı üzərinə qaldırıb. Bu isə yeni dünya rekordu deməkdir. Əvvəlki rekord – 111 kq – çinli Çen Yanginqə məxsus idi və 2006-cı ildə yenilənmişdi. Eyni zamanda, Kostova həm də Avropa rekordunu yeniləyib.

Təkanla qaldırma hərəkətinə Kostova 136 kq-ı rahat ram etməklə başlayıb. Bu, toplamda 248 kq demək idi və onun özünə məxsus Avropa rekordunun – 246 kq – yeniləməsi anlamına gəlirdi. İkinci yanaşmada 140 kq sifariş olunub. Bu, toplamda 252 kq demək idi ki, yenə də Yanginqə məxsus olan və 2006-cı ildə yenilənən 251 kq-lıq rekordun təzələnməsi idi. Kostova əzmkarlıq nümayiş etdirərək bu vəzifənin öhdəsindən üçüncü yanaşmada gəlib. Üstəlik, bu yanaşma həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsi idi.

Belədə, toplam 252 kq (112+140) nəticə ilə Kostova Azərbaycan qadın ağır atletikası tarixində ilk dünya çempionu adını qazanıb. Kostova bunu 6 rekord – 2 dünya və 4 Avropa rekordu ilə birgə əldə edib.

Qeyd edək ki, bu, Hyustondakı dünya çempionatında Azərbaycan millisinin ikinci medalı olub. Daha öncə Valentin Xristov kişilər arasında 62 kq çəki dərəcəsində bürünc medal qazanıb. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol