• $
  • €
  • ₽
  • ₺
  • £

“Artıq Yunanıstanda Azərbaycan bayrağına hörmətlə yanaşırlar”

“Artıq Yunanıstanda Azərbaycan bayrağına hörmətlə yanaşırlar”
24.11.2015 20:02
"Qəbələ” noyabrın 26-da Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşacaq.

Qol.Az-ın Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, PAOK  klubu əvvəlki görüşlərlə müqayisədə, bu matçın təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək.

Parisdə baş verən məlum hadisələrin təkrarlana biləcəyindən ehtiyat edən Saloniki təmsilçisi yerli azarkeşlərin  stadiona bir qədər tez girməsinə şərait yaradacaq.  

"Qəbələ” klubunun meneceri Səməd Nəsibov Qol.Az-ın müxbiri ilə söhbətində oyunöncəsi komandada heç bir gərginliyin olmadığını deyib:

"Təhlükəsizliyə Yunanıstan dövləti və PAOK  cavabdehdir. Yəqin ki, son hadisələrə görə təhlükəsizlik baxımından daha diqqətli olacaqlar. Komandamız normal şəkildə meydana çıxacaq”.

Klub rəsmisi yunan azarkeşlərlə bağlı problemin olmayacağına da inandığını bildirib: "Düzdür, "Apollon”la oyunda xoşagəlməz hallar baş vermişdi. Ancaq Yunanıstan təmsilçiləri artıq Azərbaycan klubuna, bayrağımıza hörmətlə yanaşırlar. Bunu "Panatinaikos”la oyunlarda gördük.  "Panatinaikos”un fan-klubları bəyanatlarında bildirmişdi ki, biz heç bir ölkənin atributlarına hörmətsizlik etmərik.  Qeyd etmişdilər ki, Bakıdakı oyunda hansısa xoşagəlməz hal olsa, buna cavab verəcəklər. Gördüyünüz ki, hər iki görüşdə, eləcə də PAOK-la Bakıdakı qarşılaşmada heç bir neqativ hal baş vermədi. Məncə, PAOK azarkeşləri də eyni  mədəniyyətə sahibdirlər”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol