"Qarabağ"la oyunun önəmi böyükdür" – Erik Dayer

"Tottenhem"in futbolçusu Erik Dayer Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Dayer "Qarabağ"la görüşün önəmli olduğunu bildirib:
"Bizi "Qarabağ"la böyük oyun gözləyir. Çünki bilirik ki, qələbə qazansaq, Avropa Liqasında növbəti mərhələyə vəsiqəni təmin edəcəyik. Bazar günü Premyer Liqada "Çelsi"ylə də vacib matçımız var. Hər iki qarşılaşma bizim üçün önəmlidir. Ancaq növbəti görüşümüz "Qarabağ"la olduğundan, bu matçın əhəmiyyəti daha böyükdür".
Qeyd edək ki, noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tottenhem" oyunu saat 22:00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























