"Barselona" mənim yoxluğumda da yaxşı idi" – Messi

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Roma"ya 6:1 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbrə görə, o, 90 dəqiqə meydanda olmaqdan məmnunluğunu ifadə edib:
"Bir qədər uzun müddət zədəli oldum, ancaq buna baxmayaraq, klubun həkimləri çox çalışdılar. "Barselona" mənim yoxluğumda da yaxşı idi. Komandanı kənardan izlədiyim zaman zövq alırdım. Yaşıl meydanlara qayıtmaq gözəldir. Xüsusilə, 90 dəqiqə oynamaqdan məmnunam. Yavaş-yavaş daha da yaxşı olacam".
O, Suares və Neymarla birgə oyununun yaxşı alındığını deyib:
"Komandanın uğurundakı əsas səbəbin bu üçlünün olub-olmadığını bilmirəm. Amma birlikdə yaxşı işlər gördüyümüz göz qabağındadır. Oyunumuzdan zövq almağa çalışırıq. Bütün məsuliyyəti öz üzərimizə götürür və qələbə qazanırıq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























