• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar
26.11.2015 11:12
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz "Qarabağ” və "Qəbələ”  növbəti oyunlarına çıxacaqlar.

Ağdamlıların rəqibi İngiltərə təmsilçisi "Tottenhem” olacaq. Qurban Qurbanovun yetirmələri bu oyunda xal itirəcəyi təqdirdə qrupdan çıxmaq şanslarını itirə bilər. Qrupun digər oyununda "Monako” qalib gələcəyi halda, hər hansı büdrəmə "köhlən atlar” üçün yolun sonu olacaq. "Qarabağ” heyətində bir neçə zədəli futbolçusu olmasına baxmayaraq doğma meydan amilinə və azarkeş dəstəyinə güvənərək qələbə qazanmaq əzmindədir.

Səfərdə PAOK-la qarşılaşacaq bürünc mükafatçımız "Qəbələ” tarixində ilk səfər qələbəsini qazanmalıdır. Çünki, 1/16 şansları çox az olan Roman Qriqorçukun yetirmələri bunu bacarmasa, növbəti mərhələ arzularından erkən əl çəkməli olacaq. Ancaq qrupdakı vəziyyətdə hər şey təmsilçimizin əlində deyil. İşlərin plana uyğun getməsi üçün "Borussiya”nın səfərdə "Krasnodar”ı məğlub etməsi də lazımdı. Ancaq bu halda "qırmızı-qaralar”ın taleyi öz əlində olacaq. Belə ki, hər iki oyunda qonaqlar qələbə qazansa, qrup ikincisi Bakıdakı həlledici qarşılaşmada bəlli olacaq.

UEFA Avropa Liqası, qrup mərhələsi

V tur

26 noyabr
 
J qrupu

22:00. "Qarabağ” (Azərbaycan) - "Tottenhem” (İngiltərə)

Tofiq Bəhramov adına Respublika stadionu

 
C qrupu

00:05. PAOK (Yunanıstan) – "Qəbələ” (Azərbaycan)

Saloniki. "Tumba” stadionu
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol