"Qəbələ" qrupda qaldı

"Qəbələ" klubu Avropa Liqasının qrup mərhələsini adlaya bilməyəcək.
"Report"un məlumatına görə, bu, C qrupunda Rusiya "Krasnodar"ı ilə Almaniyanın "Borussiya" (Dortmund) komandası arasındakı görüşdən sonra müəyyənləşib.
Matçı 1:0 hesablı qələbə ilə başa vuran "Krasnodar" xallarını 10-a çatdırıb və eyni xala malik "Borussiya" ilə birgə 1/16 finala vəsiqəni təmin edib. Bununla da "Qəbələ"nin Yunanıstan PAOK-u ilə səfər matçı və son turda "Krasnodar"la ev oyunu formallığa çevrilib.
Qeyd edək ki, hazırda PAOK-un 3, "Qəbələ"nin 1 xalı var. İki komanda arasındakı qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:05-də başlanacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























