• $
  • €
  • ₽
  • ₺
  • £

"Utanılası heç nə yoxdur" - Roman Qriqorçuk

"Utanılası heç nə yoxdur" - Roman Qriqorçuk
27.11.2015 13:16
Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-la qarşılaşan "Qəbələ" qolsuz heç-heçə edib.

Qol.Az-ın məlumatına görə, oyundan sonra komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin sualların cavablandırıb.

- "Krasnodar" - "Borussiya" matçının nəticəsini bildikdən sonra, komandanı necə motivasiya etdiniz? Xüsusən də Rəşad Sadiqovu. Çünki oyunun ən yaxşısı o idi.

- Qəlbimin dərinliyində həmin oyunun nəticəsini bildikdən sonra məyus oldum. Çünki qalib gəlsəydik də, qrupdan çıxa bilməyəcəkdik. Buna baxmayaraq, öz oyunumuzu oynamalıydıq. Futbolçulara irəli getməyi məsləhət gördüm. Öz komandam haqda xoş sözlər deyə bilərəm. Onlardan razı qaldım. Futbolçularım işinə peşəkar yanaşdılar. Sonuncu matçda qalib gəlməyə çalışacağıq ki, heç olmasa qrupda 3-cü yeri tutaq.

- Demək olarmı ki, ən yaxşı oyunlarınızı PAOK-a qarşı keçirdiniz?

- Qazandığımız 2 xal PAOK-la oyunlara təsadüf edir. Oyun baxımdan desək, "Borussiya" ilə görüşdə da yaxşı çıxış etmişdik. Eyni sözlər "Krasnodar"la səfər matçına da aiddi.

- Razılaşırsınızmı ki, futbolçular daha istəkli olsaydılar, qələbə də qazanmaq olardı...

- Sizinlə razıyam. Futbolçular daha aqressiv, daha istəkli olsaydılar, meydandan 3 xalla ayrıla bilərdik.

- Qrup mərhələsi yeni başlasaydı, hansı mövqeydə dəyişiklər etmək istərdiniz?

- Qrupdan çıxmaq üçün komanda güclü olmalıdı. 3-4 futbolçu olmalıdı ki, meydana daxil olanda, oyunun nəticəsini dəyişə bilsin. Bəxt amili də öz sözünü deyir. Bütün bunlar yerində olduqda, qrupdan çıxa bilərdik. Bu gün utanılası heç nə yoxdu. Futbolçularla fəxr edirəm. Bunu soyunub-geyinmə otağında da onlara dedim.

- "Panatinaikos" səfərindən qayıdarkən verdiyiniz müsahibədə xoşbəxt olduğunuzu, Afina zəfərindən həzz aldığınızı demişdiz. İndi necə, bugünə qədər qazanılan 2 xal həzz almağa imkan verirmi?

- Həmin vaxt düşündüklərimi bu oyundan sonra söyləyə bilməyəcəm. Ancaq məyus olmağa səbəbimiz də yoxdu. Sadəcə olaraq, üzərimizdə işləməliyik. Oyunların analizindən nəticə çıxarmalıyıq.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol