Hamburq sakinləri Olimpiadadan imtina etdilər

Almaniyanın Hamburq şəhərinin sakinləri keçirilən referendum zamanı 2024-cü ilin Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşı çıxıblar.
ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, protokolların böyük əksəriyyəti sayıldıqdan sonra referendumda iştirak edən şəhər sakinlərinin 51,6%-nin əleyhinə səs verdiyi məlum olub.
Beləliklə, Hamburq Olimpiya Oyunlarının keçirilməsinə iddia edən şəhərlərin siyahısını tərk edib. İndi 2024-cü ilin Oyunlarına cəmi dörd şəhər - Paris, Roma, Los-Anceles və Budapeşt namizəddir.
Beynəlxalq Olimpiya Komitəsi Oyunlarının keçiriləcəyi yer barədə yekun qərarı 2017-ci ilin sentyabrında qəbul edəcək.
Almaniya 1972-ci ildən - Münhen Oyunlarından sonra Olimpiada keçirməyib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək