Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb.
ANN.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Rapid” (Vyana, Avstriya) – "Dinamo” (Minsk, Belarus) matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Qeyd edək ki, "Rapid" - "Dinamo" oyunu dekabrın 10-u keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























