• $
  • €
  • ₽
  • ₺
  • £

Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı

Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı
03.12.2015 12:59
Dekabrın 5-də Respublika Şahmat Mərkəzində Fuad Cəfərovun xatirəsinə həsr olunmuş şahmat festivalı başlanacaqdır.

Oxu.Az xəbər verir ki, tanınmış şahmat xadimi, beynəlxalq hakim və əməkdar məşqçi olan Fuad Cəfərovun (1955-2004) müstəqil Azərbaycanın şahmatına göstərdiyi xidmətlər əvəzsizdir.

Tanınmış şahmatçılar yetişdirmiş pionerlər sarayının dərnəyində F.Cəfərov ustalığa namizəd olduqdan sonra məşqçi karyerasına elə orada başlamışdı. Tezliklə şagirdləri Bakı, Respublika və Sovet İttifaqı səviyyəsində uğurlar qazanmağa başladılar.

"Ağ top”, "Komsomolskaya pravda” turnirlərində Azərbaycan şahmatçılarının uğurlarında da Fuad Cəfərovun payı var.

Fuad müəllim həm də yaxşı təşkilatçı olduğuna görə Respublika Şahmat Mərkəzi açılan gündən oranın direktoru vəzifəsinə dəvət olunmuşdu. Onun sayəsində müxtəlif səviyyəli yarışlar və təlim-məşq toplanışları keçirilirdi. Botvinnik məktəbinin Bakıdakı seminarında da bizim şahmatçılar onunla birgə iştirak etmişdilər.

Mərhum şahmat xadiminin xatirəsinə həsr olunmuş ayrı-ayrı illərdə turnirlər keçirilsə də, bu il 60 illik yubiley münasibətilə Şahmat Federasiyasının və Şahmat Mərkəzinin dəstəyi ilə daha böyük tədbirlər planı nəzərdə tutulub.

Fuad müəllimin şagirdi olan və indi festivalın baş təşkilatçısı - beynəlxalq usta və beynəlxalq hakim İlqar Bacarani bildirib ki, festivalda 200-dən artıq şahmatçı qüvvəsini sınayacaq. 13 yaşadək uşaqların yarışında və açıq turnirdə İsveçrə sistemi üzrə 7 tur keçiriləcək. Bir neçə ölkənin nümayəndələrinin oynadığı turnirlər beynəlxalq status aldığına görə FİDE-nin təqviminə də salınıb.

Bundan əlavə sürətli (Rapid) və ildırımsürətli (Blitz) turnirlər də planlaşdırılıb.

Baş turnirdə isə ölkəmizin gənc şahmatçıları Qrossmeyster və Beynəlxalq usta norması uğrunda mübarizə aparacaqlar.

Festival dekabrın 14-də başa çatacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol