Azərbaycan millisi reytinq siyahısında 2 pillə gerilədi

Hazırda yığma 117-ci pillədədir
FİFA milli komandaların ilin son reytinq cədvəlini açıqlayıb. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığması 2015-ci ili 117-ci pillədə başa vurub.
Hazırda 296 xala malik milli komanda ötən ayla müqayisədə 2 pillə geriləyib. Robert Prosineçkinin baş məşqçisi olduğu komanda ötən ay 293 xalla 115-ci yerdə qərarlaşmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























