Əfsanəvi qapıçı karyerasını başa vurdu

"San-Paulu"nun əfsanəvi qapıçısı Rojerio Seni karyerasını başa vurub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, əsasən vurduğu qollarla diqqət çəkən qolkiper 42 yaşında futboldan getmək qərarı verib.
1992-ci ildən "San-Paulo"da çıxış edən Seni bu komandanın heyətində 1237 oyun keçirib. Üç dəfə Braziliya A Seriyasının, 3 dəfə Libertadores kubokunun qalibi olan braziliyalı qapıçı 2002-ci ildə yığması ilə dünya çempionluğu sevincini yaşayıb.
Qeyd edək ki, 2008-ci ildə Braziliyanın ən yaxşı futbolçusu seçilən Seni karyerası ərzində 131 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























