"Barselona"nın 7 futbolçusu "Bayer"ə qarşı oynamayacaq

"Barselona"nın yeddi futbolçusu Çempionlar Liqasının sonuncu turunda "Bayer"ə (Leverkuzen) qarşı oynamayacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Luis Enrike Jerar Pikeyə və Andres İnyestaya istirahət verməyə qərar verib. Bu səbəbdən onlar Leverkuzen təmsilçisinə qarşı matçı buraxacaq. D.Alveş cəzalı olduğu üçün, Jeremi Matye, Serdji Roberto, Duqlas və Rafinya isə zədəli olduqlarından "Bayer"ə qarşı oynamayacaqlar.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























