"Xəzər Lənkəran" heyətini 6 yeni futbolçu ilə gücləndirəcək

Xorvatiyalı və serbiyalı oyunçularla danışıqlar bərpa edilib
"Xəzər Lənkəran" klubu qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. Klubdan "Report"a verilən məlumata görə, transfer dövründə 6 oyunçunun keçidi rəsmiləşdiriləcək.
Onlardan 2-si müdafiəçi, 2-si yarımmüdafiəçi, 2-si isə hücumçu olacaq. Artıq iki legioner futbolçu ilə danışıqlar aparılır. FİFA-nın transfer qadağası üzündən keçidi yayda alınmayan xorvatiyalı yarımmüdafiəçi Samin Muminoviç və adı açıqlanmayan serbiyalı hücumçu qışda komandaya qoşulacaq.
Digər 4 futbolçunun axtarışı isə Nigeriya və Ukraynada aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























