Rəşad Sadiqov: "Yalnız qələbəni hədəfləmişik"

"Krasnodar"la oyunda yalnız qələbəni hədəfləmişik. Qrupda hansı yerdə qərarlaşdığımız barədə düşünmürük".
Qol.Az-ın Sportnet.Az-a istinadən yaydığı xəbərə görə, bunu "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov deyib.
Avropa Liqasında keçirəcəkləri son oyunda Rusiya "Krasnodar"ı ilə qarşılaşacaq "Qəbələ"nin yarımmüdafiəçisi görüş haqda bunları bildirib: "Bu turniri yaxşı nəticə ilə bitirmək istəyirik. Hansı ki, bu nəticə komandamızın və Azərbaycanın əhvalını yaxşılaşdıracaq. Bu səbəbdən qələbə qazanmaq üçün ciddi mübarizə aparacağıq".
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" matçı saat 22:00-da start götürəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























