"Qəbələ" "Krasnodar"a uduzdu

Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.
Qol.Az-ın məlumatına görə, bu mövsüm ölkəmizi turnirdə təmsil edən "Qəbələ” də sonuncu oyununa çıxıb.
Hələ ötən tur qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Bakıda "Krasnodar”ı qəbul edib. Bu oyunda "Qəbələ" 0:3 hesabı ilə uduzub və qrup sonuncusu olub. "Krasnodar" isə qrup birinci kimi növbəti mərhələyə yüksəlib.
10 dekabr
Avropa Liqasının qrup mərhələsi
22:00. "Qəbələ” (Azərbaycan) – "Krasnodar” (Rusiya) - 0:3
Qollar: Ragnar Sigurdsson, 26 (0:1), Pereyra, 40 (0:2), Vanderson, 75 (0:3)
Hakimlər:İştvan Kovaç, Mikloş İştvan Naqi, Vasile Florin Marinesku (Rumıniya)
Bakı. "Bakcell Arena” stadionu
22:00. "Borussiya" (Dortmund) - PAOK - 0:1
Qol: Mak, 33 (0:1)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























