Ronaldodan "Barselona" açıqlaması

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Barselona"ya transfer olunub-olunmayacağı ilə bağlı suala cavab verib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, futbolda hər şeyin ola biləcəyini deyib:
"Barselona" və ya "Mançester Yunayted"ə rəqib olan klublarda oynamağım çox çətindir. Amma heç vaxt bu, ola bilməz də deyə bilmərəm. Çünki futbolda hər şey ola bilər. Bəlkə karyeramı "Real"da bitirə bilərəm, bəlkə də bitirməyəcəm. Gələcək karyeramla bağlı nə edəcəyimə dair heç bir fikrim yoxdur".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























