Şvaynştayqerə üç oyunluq cəza

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Mançester Yunayted"in futbolçusu Bastian Şvaynştayqeri cəzalandırıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun Premyer Liqada "Vest Hem"lə matçda rəqib futbolçuya qarşı kobud oynaması səbəb olub. Buna görə 31 yaşlı yarımmüdafiəçiyə üç oyunluq cəza tətbiq olunub.
Bu isə o deməkdir ki, B.Şvaynştayqer ölkə çempionatında "Bornmut", "Norviç" və "Stok Siti" ilə görüşlərdə iştirak etməyəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























