"Avro-2016"nın püşkü atılır

Bu gün Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Qol.Az-ın məlumatına görə, gələn il Fransada keçiriləcək turnir üçün 24 komanda püşkatmaya qatılacaq.
Fransanın paytaxtı Parisdə baş tutacaq mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Turnirin təşkilatçısı Fransa A qrupunda qərarlaşacaq. Buna görə də ilk səbətdə 5, digər 3 səbətdə isə 6 komanda yer alacaq.
1-ci səbət
İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət
İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət
Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət
Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























