"Qalatasaray"da ciddi itki

Türkiyə superliqasının 15-ci turunda "Beşiktaş"la qarşılaşan "Qalatasaray" ciddi itki ilə üzləşib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Burak Yılmaz zədələnərək sıradan çıxıb.
Əzələsini dartan Yılmaz oyunu davam etdirə bilməyib. Matçın 37-ci dəqiqəsində əvəzlənən 30 yaşlı futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil.
Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" oyunu 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























