Azərbaycan çempionatında sənədləri saxta olan futbolçu aşkarlandı

Gəncə komandasına texniki məğlubiyyət verilib
AFFA qeydiyyat və statistika şöbəsi U-13 liqasında sənədləri saxta olan futbolçu aşkarlayıb. ANN.Az-ın federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, UGİM "Gənclərbirliyi" (Gəncə) komandasının heyətində Elcan Budaqovun sənədlərinin saxta olması haqda İntizam Komitəsinə məlumat verilib.
Komitə bu gün keçirilmiş iclasda kluba ağır cəza verib. E.Budaqovun meydana çıxdığı bütün görüşlərdə Gəncə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























