Zidan "Real"ı çalışdırmağa razılıq verdi

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Madrid "Real"ını çalışdırmağa razılıq verib.
Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumta görə, o, Rafael Benitesin komandadan gedəcəyi təqdirdə "Real"ın baş məşqçi vəzifəsinə gətiriləcək.
Klubun prezidenti Florentina Perez hazırkı baş məşqçi Benitesin işindən narazıdır. Bu səbəbdən Perez daha öncə "Real"ı çalışdırmağa hazır olmadığını söyləyən Zidanla görüşüb və onu razı salmağı bacarıb.
Qeyd edək ki, Zidan hazırda "Real"ın əvəzedici komandası "Kastilya"nı çalışdırır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























