• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çempionu vəfat etdi

Azərbaycan çempionu vəfat etdi
22.12.2015 10:36
Azərbaycan çempionu Dejan Brdjoviç vəfat edib. 

ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, 49 yaşlı serbiyalı mütəxəssis yaşadığı evdə dünyasını dəyişib.

Polşanın "Şetsin” klubunu çalışdıran Brdjoviç ölkə çempionatında yaranan fasilə səbəbindən Belqrada ailəsinin yanına dönüb.

Əsas məqsədi yeni ili doğma ölkəsində keçirmək olan Brdjoviçin bu istəyi ürəyində qalıb. Onun hələlik nədən vəfat etdiyi rəsmi açıqlamır.

2010/2011 mövsümündə "Rabitə” voleybol klubunun Azərbaycan çempionu edən və Çempionlar Liqasının finalına yüksəldən mütəxəssis 2014/2015 mövsümündə də Bakı klubunun "sükanı arxası”nda olub. Lakin artıq tarixin yaddaşına köçən "Rabitə”də onun ikinci dönəmi uğurlu alınmayıb və 2015-ci ilin fevralında istefaya göndərilib.

Hər 2 gedişində komandamızda onu əvəzləyən həmyerlisi, hazırda "Telekom”un baş məşqçisi olan Zoran Qayiç isə Brdjoviçin ölməsinə məyus olub. Olimpiya çempionu bildirib ki, dünya voleybolu ən yaxşı mütəxəssislərindən birini itirib.

Qeyd edək ki, sabiq Yuqoslaviya yığmasında 300-dən artıq oyun keçirmiş Brdjoviç 10-dan artıq klubun şərəfini qoruyaraq, müxtəlif titulların sahibidi. Aktivində dünya və Avropa çempionatlarının da medalları olan mütəxəssis baş məşqçi kimi də bir sıra uğurlara imza atıb.

Ölkəsi ilə yanaşı, İtaliya, Azərbaycan və Polşada çalışan Brdjoviç bu çempionatlarda fəxri kürsüyə yüksəlməyi bacarıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol