Daha bir məşhur futbolçu karyerasını başa vurdu

İrlandiya millisinin sabiq futbolçusu Demyen Daff karyerasını başa vurub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə 36 yaşlı futbolçunun özü məlumat verib:
"Ürəyim futbol oynamağa davam etmək istəyir. Ancaq bədənim karyeramı başa vurmalı olduğumu deyir. Futbolçu karyeramı başa vurdum, ancaq düşünürəm ki, məşqçi kimi bu idman növündə qalacam".
Qeyd edək ki, karyerası ərzində "Çelsi", "Nyukasl", "Fulhem" və "Melburn Siti"də çıxış edən Daffın son komandası ölkəsinin "Şemrok Rovers" klubu olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























