“Qarabağ” legioneri ilə yolları ayırdı

Qış fasiləsinə ilk pillədə yollanan "Qarabağ” bir futbolçusu ilə yolları ayırıb.
Qol.Az-ın məlumatına görə, mövsümün əvvəlində Ağdam klubuna transfer olunan Vladimir Dmitroviskinin başa çatan müqaviləsi yenilənməyib. Baş məşqçi Qurban Qurbanov makedoniyalı müdafiəçinin xidmətinə ehtiyac duymayıb.
Klubun mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, bu yay "Qarabağ”a transfer olunan Dmitroviski cəmi üç rəsmi oyunda iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























