Debyuşi "Arsenal"ı "Vest Bromviç"ə dəyişir

"Arsenal"ın müdafiəçisi Matye Debyuşi gələn ay komandadan ayrılacaq.
Qol.Az-ın "France Football"a istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçunun "Vest Bromviç"ə keçəcəyi bildirilir.
Fransız futbolçu əsas heyətə düşmək uğrunda mübarizədə Ektor Bellerinə uduzur. Gələn il Fransada keçiriləcək Avropa çempionatına yollanmaq istəyən Debyuşi daimi oynaya biləcəyi komandaya getməyi məqsədəuyğun hesab edir.
Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm cəmi 510 dəqiqə meydanda olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























