"MY"dən yekun qərar: Van Qal istefaya göndərilir

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal İngiltərə Premyer Liqasının 19-cu turunda "Çelsi" ilə oyunun nəticəsindən asılı olmayaraq istefaya göndəriləcək.
Qol.Az-ın Britaniya mətbuarına istinadən yaydığı xəbərə görə, hollandiyalı mütəxəssisin işindən narazı olan klub rəhbərliyi onunla müqaviləni ləğv etmək barədə qərar qəbul edib.
Artıq van Qal komandanın bazar günü keçirilən məşqində iştirak etməyib. Komandanı onun köməkçisi Rayab Qiqqz çalışdırıb.
Qeyd edək ki, "Mançester Yunayted" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin 3-cü pillədə tamalayıb və "pley-off"a yüksəlməyi bacarmayıb. Komanda İngiltərə Premyer Liqasında 18 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























