• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev tanınmış futbolçunu əfv etdi

İlham Əliyev tanınmış futbolçunu əfv etdi
28.12.2015 23:50
O avtomobil ilə yolu keçmək istəyən piyadanı vurub.

Prezident İlham Əliyevin bu gün əfv etdiyi şəxslərdən birinin futbolçu olduğu müəyyənləşib.

ANN.Az "Report”a istinadən xəbər verir ki, bu, hazırda "Zirə” klubunda çıxış edən Novruzov Nurlan Zahid oğludur.

Sərəncama əsasən, 1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2014-cü il 11 sentyabr tarixli hökmü ilə islah işlərinə məhkum edilmiş N.Novruzov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Xatırladaq ki, futbolçu "Bakı”da çıxış etdiyi vaxt avtomobili ilə yolu keçmək istəyən piyadanı vurub. Piyada bədən xəsarəti alsa da, həyatını xilas etmək mümkün olub. Bununla belə, N.Novruzova qarşı cinayət işi qaldırılıb. 

Klubun da müraciətindən sonra ona yüngülləşdirici cəza - 1,5 il müddətinə islah işlərinə cəlb etmə cəzası kəsilib. Hücumçu cəzasının bitiminə təqribən 3 ay qalmış əfv olunub.

Qeyd edək ki, Nurlan Novruzov Azərbaycan Premyer Liqasında 2014-2015 mövsümündə 30 oyuna 15 qol vuraraq, bombardir olub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol