Səlcuq İnanın qolu Avropada rəsmən birinci oldu

Türkiyə millisinin futbolçusu Səlcuk İnanın "Avro-2016"nın seçmə mərhələsində İslandiyaya vurduğu qol Avropanın ən yaxşısı seçilib.
Qol.Az-ın məlumatına görə, UEFA rəsmi "Tvitter" səhifəsində keçirdiyi sorğuda 2015-ci ildə klub və ya milli komandalarda vurulan ən yaxşı qol seçmələrini istəyib.
S.İnanın İslandiyaya vurduğu qol 69 faiz səslə birinci olub. Lionel Messinin qolu ikinci (19 faiz) ən yaxşı qol seçilib.
Qeyd edək ki, sorğuda 159 min 106 azarkeş iştirak edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























