• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan klubu devalvasiyaya görə legioner futbolçu almayacaq

Azərbaycan klubu devalvasiyaya görə legioner futbolçu almayacaq
29.12.2015 18:53
Adil Şükürov: Futbolçularla razılaşma şərtilə əmək haqlarına yenidən baxmaq fikrindəyik

Bakının "Zirə" klubunun baş məşqçisi Adil Şükürov futbolçu Nurlan Novruzovun əfv olunmasına münasibət bildirib. "Report"a açıqlama verən 38 yaşlı mütəxəssis artıq 22 yaşlı hücumçunun komanda ilə birgə təlim-məşq toplanışında iştirak edə biləcəyini deyib.
Onun sözlərinə görə, futbolçu əfv olunmasaydı, komandanın Türkiyənin Antalya bölgəsində keçirəcəyi toplanışda iştirak etməyəcəkdi: "Əfv olunubsa, bizimlə toplanışa gedəcək. Nurlanla müqavilə müddətini artırmışıq. Əfv olunmasaydı, Antalyaya getməyəcəkdi. Çünki dövlətimizin qanunu var və bu qanunlar hər kəs üçün eynidir".

Baş məşqçi transfer çalışmalarından da danışıb. O, "Qarabağ"dan ayrılan Vüqar Musatafayevlə anlaşdıqlarına dair xəbərləri təkzib edib: "Mustafayev yaxşı futbolçudur. Mən onu "Bakı"da olandan tanıyıram. Hələ ki, heç bir təklif etməmişik. Sadəcə, məşqçilər heyəti ilə birgə fikirləşib qərar verməliyik. Çalışırıq ki, hər bir mövqedə rəqabət olsun. Bu səbəbdən bütün xətləri gücləndirməliyik. Amma bu gücləndirməyə legioner futbolçular dəvət olunmayacaq. Rəsmi olaraq Eduardo Makiel və Eltun Hüseynli ilə yollarımız ayrılıb".

A.Şükürov legioner futbolçuların transfer edilməməsini devalvasiya ilə əlaqələndirib: "Hər bir klub kimi, bizim də əvvəlcədən təsdiqlənmiş büdcəmiz var və onun əsasında da planlarımızı qururuq. Təbii ki, devalvasiya təsir edir. İndi heyətdə olan futbolçularla danışıb razılaşma şərtilə əmək haqlarına yenidən baxmaq fikrindəyik".

Qeyd edək ki, "Zirə" mövsümün ilk yarısını 29 xalla 3-cü pillədə başa vurub. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol