Kurtua "Çelsi"ni "Real"a dəyişir

"Çelsi"nin qapıçısı Tibo Kurtua mövsümün sonunda komandadan ayrılacaq.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb belçikalı qolkiperin "Real" (Madrid) klubunda oynamaq istəməsidir.
23 yaşlı əlcək sahibi "kral klubu"nun rəhbərliyinə zəng edərək "Real"da oynamaq istədiyini bildirib. Tərəflər arasında razılıq əldə olunsa, Kurtua yeni mövsümdən "Real"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan Kurtua 2011-2014-cü illərdə "Atletiko" (Madrid) klubunun şərəfini qoruyub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























