• $
  • €
  • ₽
  • ₺
  • £

"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib

"Mersin İdman Yurdu" azərbaycanlı futbolçuların klublarına rəsmi təklif göndərib
30.12.2015 20:30
Bülent Korkmaz Qara Qarayevlə Tural Rzayevin alınmasını qətiyyətlə istəyib

Türkiyənin "Mersin İdman Yurdu" klubu azərbaycanlı futbolçu Qara Qarayevlə Tural Rzayevin klublarına rəsmi təklif göndərib. Bu barədə "Report"a Mersin komandasının baş məşqçisi Bülent Korkmaz məlumat verib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən gün keçirdiyi görüşdə klub rəhbərliyindən "Qarabağ"ın müdafiəçisi ilə "Sumqayıt"ın hücumçusunun alınmasını istəyib: "Mən məsələni qəti qoydum. Dedim ki, Qarayevlə Rzayev mütləq alınmalıdır. Rəhbərlik də hər iki futbolçunun klubuna rəsmi müraciət göndərəcəklərini bildirdi. Məndə olan məlumata görə, müvafiq sənəd bu gün Azərbaycan klublarına ünvanlanıb".

B.Korkmazın sözlərinə görə, Qarayevlə Rzayevin transferi yanvarın 4-də "Mersin İdman Yurdu"nda keçiriləcək Hesabat-Seçki Konqresindən sonra rəsmiləşə bilər: "Hazırda bu vəzifəyə yeganə namizəd elə hazırkı prezident Ali Kahramanlıdır. O, elə ilk konqresdəcə yenidən seçilsə, hər iki futbolçunun alınması yönündə danışıqları tamamlayacağıq".

Qeyd edək ki, Bülent Korkmaz vaxtilə "Bakı"nın baş məşqçisi olub. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol