Zidanın köməkçisi müəyyənləşdi

"Real" (Madrid) klubunun yeni baş məşqçisi Zinəddin Zidanın köməkçisi müəyyənləşib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, Zidana David Bettoni köməklik edəcək.
"Real"ın prezidenti Florentina Perez Zidana istədiyi şəxsi komandaya gətirə biləcəyini deyib. Zidan da uzun müddətdir yaxın dostu olan və "Kastilya"da birgə çalışdığı Bettonini köməkçisi təyin edib.
Qeyd edək ki, Zidanın digər köməkçisinin klub rəhbərliyi tərəfindən müəyyənləşdiriləcəyi gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























