• $
  • €
  • ₽
  • ₺
  • £

​Robert Prosineçki Zidanın təyinatından danışdı

​Robert Prosineçki Zidanın təyinatından danışdı
06.01.2016 13:05
O, Real Madridin bu addımını doğru addım saydığını bildirib

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Zinəddin Zidanın İspaniyanın "Real Madrid" klubuna baş məşqçi təyinatına münasibət bildirib. "Report"un məlumatına görə, "goal.com"a danışan xorvatiyalı mütəxəssis Rafael Benitesin azarkeşlər və ictimaiyyət tərəfindən qəbul edilmədiyini açıqlayıb.

O deyib ki, məhz bu səbəbdən Benites "Santyaqo Bernabeu"da arzuedilən qonaq sayılmayıb: "Düzü, dəyişiklikdən dünən səhər mətbuatı izləyərkən xəbər tutdum. Bir neçə həftə idi ki, təzyiqlər vardı və nələrisə dəyişmək lazım gəlirdi. Belə olan halda ilk seçim baş məşqçi üzərində olur. İndi həmin posta klubun həqiqi əfsanəsi, dünyanın ən yaxşı oyunçularından biri gəlib".

Fransalının təyinatını doğru addım hesab edən 47 yaşlı mütəxəssis bununla "Real Madrid"də müsbət dəyişikliklərin olacağını qeyd edib: "Barselona" ölkə çempionluğu uğrunda mübarizədə favoritdir. Ancaq Zidan da nələrsə etməyə çalışacaq. O, klubun əsgəridir. Zidan klubun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi olub və uğur qazanıb. O, klub tərəfindən qəbul olunur. Benitesdən fərqli olaraq, Zidanın futbolçu və azarkeşlərə problemi olmayacaq. O, ictimaiyyət tərəfindən asanlıqla qəbul olunacaq".

Bir vaxtlar futbolçu kimi "Real Madrid" (1991-1994) formasını geyinmiş Prosineçki Madrid klubunda olan xorvatiyalı futbolçular haqda da danışıb. Onun sözlərinə görə, Luka Modriç və Mateo Kovaçiç haqda bunları deyib: "Sözsüz ki, Zidan hücum futbolu quracaq. Bu, sadəcə, onun qanındadır. Bəzən "Real Madrid"ə qələbə kifayət etmir, cəlbedici oyun göstərmək lazımdır. Mən bir neçə il orada olmuşam və "Santyaqo Bernabeu"nun izdihamına bələdəm. Sözsüz ki, Modriç və Kovaçiç Zidanla oynamağa zaman tapacaq. Burada heç bir problem yoxdur".

Qeyd edək ki, Zinəddin Zidanla 2018-ci ilin iyununadək müqavilə bağlanılıb. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol