• $
  • €
  • ₽
  • ₺
  • £

AFFA klublara transfer qadağası qoydu

AFFA klublara transfer qadağası qoydu
06.01.2016 17:17

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda yalnız bir məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.
 
Belə ki, Peşəkar Futbol Liqası (PFL) İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların ("Qarabağ” FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.
 
Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da  İntizam Komitəsinə müraciət edib.
 
Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edib:
 
- Yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
 
- Hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilənədək).
 
- Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol