Luis Enrike: "Ardanın oyununu bəyəndim"

"Barselona"nın baş məşqçisi Luis Enrike Arda Turanın Kataloniya klubundakı ilk rəsmi oyunu barədə fikirlərini bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis türk yarımmüdafiəçinin oyununu bəyəndiyini deyib:
"Arda və Aleyksin oyununu bəyədim. Arda matça zamanı yaxşı oyun nümayiş etdirdi. Qarşılaşma zamanı oyunu müxtəlif cinahlara daşıdı".
Qeyd edək ki, A.Turan "Barselona"da dünən İspaniya kubokunda "Espanyol"la matçda debüt edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























