Ronaldo ötən ilin ən yaxşı bombardiridir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il yüksək liqalarda ən yaxşı bombardirlərinin siyahısını tərtib edib.
Qol.Az-ın təşkilatın saytına istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində "Real"ın futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. O, ötən il La Liqada 48 qol vurub. Lionel Messi ("Barselona") ikinci, Aleksandr Lyakazett (Lion) üçüncü olub.
Ən yaxşı 10 bombardir aşağıda adları qeyd olunanlardır:
1. Kriştiano Ronaldo ("Real") - 48 qol
2. Lionel Messi ("Barselona") - 43 qol
3. Aleksandr Lyakazett ("Lion") - 27 qol
4. Serxio Aquero ("Mançester Siti") - 26 qol
5-10.Neymar ("Barselona") - 22 qol
Antuan Qrizmann ("Atletiko") - 22 qol
Luka Toni ("Ellas Verona") - 22 qol
Fernandao ("Bursaspor") - 22 qol
Memfis Depay (PSV) - 22 qol
Mauro İkardi ("İnter") - 22 qol
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























