• $
  • €
  • ₽
  • ₺
  • £

"Qarabağ" TOP-100-də

"Qarabağ" TOP-100-də
07.01.2016 17:25
Dünyanın ən yaxşı klublarının növbəti siyahısı açıqlanıb.

Qol.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə dünyanın ən yaxşı 203 komandası yer alıb.

Siyahıda klublarımızdan "Qarabağ”, "Qəbələ” və "İnter”in də adı var. 

Ağdam təmsilçisi 142 xalla 77-ci pillədədir. Qurban Qurbanovun komandası İspaniya "Valensiya”sı ilə eyni yeri bölüşür. "Qarabağ”  "İnter” (İtaliya), Borussiya” (Mönhenqladbax, Almaniya),  MOİK (Rusiya), "Styaua” (Rumıniya), "Benfika” (Portuqaliya), "Marsel” (Fransa), "Qalatasaray” (Türkiyə)  kimi klubları qabaqlayır.

Digər təmsilçimiz "Qəbələ” 116 xalla 124-cü pillədədir. Roman Qriqorçukun komandası "Rosario” (Argentina), "Erediano” (Kosta-Rika), "Torino” (İtaliya) və "İlva” (Cənubi Koreya) klubları ilə eyni yeri bölüşür.

Bakının "İnter” klubu isə 92 xalla 192-ci yerdə qərarlaşıb. Təmsilçimiz Nigeriyanın "Volves”, İsveçrənin "Tyun” və Ermənistanın "Pünik” klubu ilə eyni xala malikdir.

İspaniyanın "Barselona” klubu 379 xalla siyahıya başçılıq edir. Yuventus” 286 xalla 2-ci, "Napoli” 268 xalla 3-cüdür. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
İdman 20:11
FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
İdman 22:35
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu - Yenilənib
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
İdman 21:45
"Sabah"ın oyunu üçün Bakı Olimpiya Stadionuna pulsuz avtobuslar işləyəcək
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol