Azərbaycan yığması FİFA reytinqində irəlilədi

Siyahıya 1494 xalla Belçika başçılıq edir
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Hazırda 296 xala malik yığma 116-cı pillədə qərarlaşıb. Xorvatiyalı mütəxəssis Robert Prosineçkinin baş məşqçisi olduğu yığma 2015-ci ilin son ayında açıqlanan siyahıda 296 xalla 117-ci olub. Siyahıya 1494 xalla Belçika başçılıq edir. Argentina 1455 xalla ikinci, İspaniya 1370 xalla 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq siyahısı fevralın 4-də açıqlanacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























