"Portu" baş məşqçisini qovdu

"Portu" klubu baş məşqçisi Julen Lopeteqini istefaya göndərib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu, Portuqaliya çempionatının 16-cı turunda evdə "Rio Ave" ilə görüşdən (1:1) sonra baş verib.
Doğma meydanda vacib iki xal itirən "Portu" lider "Sportinq"dən 4 xal geri düşüb. Komandanın Çempionlar Liqasının 1/8 final mərhələsinə yüksələ bilməməsi də ispaninalı mütəxəssisin istefaya göndərilməsində həlledici rol oynayıb.
Qeyd edək ki, Lopeteqi 2014-cü ildən "Portu"nu çalışdırırdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























