Şahmatçılar Vüqar Həşimovun xatirəsini yad etdi

Turnirin keçirilməsi üçün lazımi işlər görüləcək.
Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür.
Oxu.Az-ın məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanın üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.
Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir.
2016-cı ildə də həmin turnirin keçirilməsi üçün lazımi işlər görüləcək.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























