“Rəvan”ın futbolçuları məşqi boykot etdi

Qış fasiləsinə turnir cədvəlinin son pilləsində yollanan "Rəvan” klubunda işlər ürəkaçan deyil.
Qol.Az-ın əldə etdiyi məlumata görə, maaşlarını ala bilməyən futbolçular artıq iki gündür məşqə çıxmırlar.
Onlar rəhəbərlikdən heç olmasa, oktyabr ayının maaşını ödəməyi tələb edirlər. Üç aydır maaş ala bilməyən futbolçular problemləri həll olunmayacağıı halda məşqə çıxmayacaqlarını bildiriblər.
Bu gün klub rəhbərliyinin futbolçularla görüşü gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























