AFFA "Trabzonspor"un daha iki futbolçusunu istəyir

AFFA "Trabzonspor"un daha iki futbolçusunu milliləşdirmək istəyir.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Trabzon təmsilçisinin aşağı yaş qrupları üzrə baş məşqçisi Sadi Tekelioğlu məlumat verib. O, deyib ki, aşağı yaş qrupları üzrə iki futbolçu AFFA-nın diqqətini çəkib. Qurumun sözügedən oyunçularla danışıqlara başladığı bildirilib. Futbolçuların adlarını açıqlamayan S.Tekelioğlu onların gələn təklifləri dəyərləndirəcəyini vurğulayıb.
Qeyd edək ki, AFFA bundan əvvəl "Trabzonspor"dan Doğukan Öksüzlə Murat Cem Akpınarı milliləşdirmişdi.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























