Vidiç "İnter"dən getdi

"İnter"in müdafiəçisi Nemanya Vidiç komandadan ayrılıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, serbiyalı futbolçu ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.
34 yaşlı futbolçu "İnter"ə qarşıdakı illərdə uğurlar arzulayıb: "İnter"ə və azarkeşlərə təşəkkür edirəm. Gələcəkdə sizə böyük uğurlar arzulayıram. Hər zaman irəli, "İnter"!".
Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted"dən "İnter"ə keçən Vidic cari mövsüm A Seriyasında 28 oyuna çıxıb və 1 qol vurub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























