Messi "Atletik"ə qarşı oynamayacaq

"Barselona"nın futbolçusu Lionel Messi İspaniya kubokunun 1/4 finalında "Atletik"ə (Bilbao) qarşı ilk matçda oynamayacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yüngül zədəsi olan argentinalı hücumçunun adı sözügedən oyun üçün heyətə daxil edilməyib.
Qeyd edək ki, Kataloniya klubunun digər futbolçusu Luis Suares də cəza səbəbindən "Atletik"ə qarşı görüşü buraxacaq.
Əlavə edək ki, "Atletik" - "Barselona" oyunu bu gün keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İdman 18:39
FIFA U-15 Dünya Çempionatında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi keçiriləcək























